“Bank Respublika” ASC Bank Kartları Departamentində POS-terminallarla iş üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • POS-terminal sifarişlərinin qəbulu və quraşdırılması üzrə zəruri işlərin həyata keçirilməsi;
  • Təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması və terminalın iş prinsipinin izah olunması;
  • Təsərrüfat subyektləri və filiallara POS-terminal üzrə texniki dəstəyin göstərilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili arzuolunandır;
  •  Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  •  Komandada işləmək və ünsiyyət qurmaq bacarığı; 
  •  Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq və  məqsədyönlülük;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində POS-terminallarla iş üzrə kiçik mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.