Baku Electronics hal-hazırda Müştəri Xidmətləri departamentinə “Müştəri məmnuniyyəti üzrə təmsilçi” vəzifəsi üzrə namizəd axtarışındadır!

 

Xüsusi tələblər:

  • Müştəriyönümlü olmaq;
  • Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
  • Azərbaycan dilini səlis, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Komanda ilə birgə işləmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Stresə davamlı olmaq;

 

Vəzifə təlimatı:

  • Müştəri müraciətlərini, şikayət və təkliflərini araşdırmaq;
  • Müştəri müraciətlərini, şikayət və təkliflərini aidiyyatı üzrə yönləndirmək;
  • Müştəriləri sorğuları üzrə düzgün məlumatlandırmaq;
  • Məhsulun geri qaytarılmasına və ya dəyişdirilməsinə dair müraciətlər ünvanlandığı zaman müvafiq əməliyyatların icrasını təmin etmək;
  • Şirkətin müştəri xidmətləri siyasətini tətbiq etmək;
  • Müştərilərə yüksək səviyyəli xidmət göstərərək müştəri məmnuniyyətinin qorunmasını təmin etmək;
  • Şirkət və müştəri arasındakı qarşılıqlı münasibətlərin müsbət yöndə inkişaf etdirilməsini təmin etmək;

 

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə təmsilçi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.