atb bank təcrübəsi olmayan gənclər üçün təcrübə və iş imkanı yaradır!

 

Dövlət bankı “Azər-Türk Bank” ASC ali məktəblərin bakalavr pilləsinin yeni məzunları və magistr tələbələri üçün “Karyera addımları" təcrübə proqramı layihəsinə start verir.

Baş ofis və rəqəmsal filiallarda reallaşdırılacaq təcrübə proqramının müddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərin yaranacaq vakansiyalar üzrə işə qəbul edilməsi nəzərdə tutulur.

Tələblər

Gənclərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil almış və aşağıdakı bacarıqlara malik namizədlərə üstünlük veriləcək:

  • Müştəri yönümlülük
  • Güclü ünsiyyət bacarığı
  • Analitik düşüncə qabiliyyəti
  • Təcrübə toplamağa və işləməyə həvəsli
  • 17/02/24 

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.