"Veysəloğlu" MMC Qastronom kateqoriyası üzrə İdarəedici Direktorluğa "Ticari marketinq üzrə nümayəndə" vakansiyasını elan edir.

 

 Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: 
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə funksiyaları: 
- Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyaların izlənməsində iştirak etmək;
- Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək;
- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Satış nöqtəsində stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar təklif etmək;
- KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir ticari marketinq mütəxəssisi ilə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyanı təşkil etmək;
- BTL fəaliyyətlərin icrasına nəzarət edilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklər və s. icrasina nəzarət);
- Üst rəhbərin tapşırıqlarını zamanında və doğru şəkildə yerinə yetirmək.

Vəzifə tələbləri:
- Ali təhsil;
- Rus dilində sərbəst bilmək;
- Satış və müştəri inkişafı sahəsində təcrübə;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
- B,C Kateqoriyalı sürücülük vəsiqəsi və avtomobil
- SAP ilə işləmək bacarığı üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları:
- Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari marketinq üzrə nümayəndə” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.