Kiçik mühasib vakansiyası



Şirkət haqqında
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə. O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.

Vəzifə öhdəlikləri:
· Xərclərin uçotu;
· Daxil olan fakturaları E-qaimələri mühasibatlıq proqramına daxil etmək, bank ödənişlərini internet bankingdə hazırlamaq.
· Bank çıxarışlarını işləmək, ƏDV sub-hesabını nəzarətdə saxlamaq;
· Kreditor öhdəliklərin, material ehtiyyatlarının,pul vəsaitlərinin,dövriyyəsinin və xərclərin qeydiyyatını aparmaq;
· Elektron

qaimə portallarında işləmə bacarığı;
· Daxil olan sənədlərin tələblərə uyğun olduğunu yoxlamaq.

Namizədə tələblər:
· Ali təhsil;
· Müvafiq sahə üzrə 1-2 il təcrübə;
· Azərbaycan dili, rus dili arzuolunandı
· MS office , 1C proqramı biliyi;
· Ünsiyyət qurmaq bacarığı;
· Kollektivdə işləmək bacarığı;
· Diqqətli və operativ işləmək bacarığı;
· Sənədlərlə işləmək bacarığı.

Şərtlər:
· İş rejimi: 5/2
· Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq
· İş yeri: Bakı Ağ Şəhər

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Kiçik mühasib" mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.