“STP Polymer” MMC “Hüquqşünas” vakansiyasını elan edir.

Bizim üçün uyğun namizəd:
-         Hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
-         Hüquqşünas olaraq minimum 2 il iş təcrübəsi;
-         Azərbaycan dili sərbəst, ingilis dili yüksək səviyyədə (rus dilini bilməsi üstünlükdür);
-         Microsoft Office proqramlarında yüksək praktiki səviyyədə bilikli olmalı;
-         Korporativ hüquq sahəsi və qanunvericiliyi biliyi;
-         Güclü ünsiyyət və komandada işləmək bacarıqları;
-         Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı;
-         Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;
-         Qərarları dəqiq və səhih məlumat əsasında vermə bacarığı.

Hansı işləri görəcəksiniz:
-         Daxil olan müxtəlif müraciət və sorğuların hüquqi təhlilinin aparılaraq cavablandırılması;
-         Müəssisənin hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
-         Müəssisənin daxili qaydalarının, siyasətlərinin, məhsullarının, prosedurlarının hazırlanmasında, yenilənməsində, təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
-         Müəssisənin Azərbaycan Respublikasında və xaricdə

yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin fəaliyyəti və onlara dair müvafiq lisenziyaların/icazələrin alınması üçün hüquqi dəstəyin təmin edilməsi;
-         Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
-         Müəssisənin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
-         Əmək münasibətləri sahəsində müəssisənin fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
-         Dövlət orqanları və digər qurumlarla münasibətdə müəssisəni təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı müəssisənin maraqlarının ən yaxşı şəkildə qorunması;
-         İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
-         Müəssisənin maraq və mənafelərinin məhkəmədə qorunması;
-         İcra prosesində müəssisənin təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
-         Müəssisənin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.

Ətraflı məlumat üçün aşağıdakı linkə klikləyin:

https://stpcareer.com

CV-nizi mövzu yerinə “Hüquqşünas” yazaraq 31.03.2024-cü il tarixinədək [email protected] ünvanına göndərməklə və ya link üzərindən daxil olaraq qeydiyyatdan keçməklə müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.