"Chenot Palace Gabala" ixtisaslı və təcrübəli “Texniki işlər üzrə menecer” vəzifəsi üzrə işçi axtarışındadır.
 
Şöbə: Texniki
Vəzifə: Texniki işlər üzrə menecer
Ünvan: Qəbələ
 
Əsas öhdəliklər
 
- Şöbədə çalışan bütün işçilərin qonaqlarla, digər işçilərlə və rəhbərliklə otelin müəyyən etdiyi standartlar çərçivəsində davranmasını təmin etmək.
- Təmir və baxım işləri görərkən otelin standartlarına əməl olunmasını təmin etmək.
- Şöbədə çalışan işçilərə plan və iş qrafiki haqqında məlumat vermək.
- Təmir və baxım işlərinin vaxtında və lazımi səviyyədə görülüb görülməməsini təmin etmək.
- Qonaqlara otel standartları çərçivəsində, vaxtında və yüksək keyfiyyətdə xidmətin görülməməsini təmin etmək.
- Oteldə təmirə və baxıma ehtiyacı olan bütün material və ləvazimatlara vaxtında və yüksək keyfiyyətdə xidmət göstərilməsi təmin etmək.
- Göstərilən xidmət və təmirin qeydiyyatının aparılması.
- Otel Meneceri tərəfindən istənilən hesabatların vaxtında hazırlanması.
- Anbarda lazımi qədər materialın olduğuna əmin olmaq və onların təmiz və təhlükəsiz yerdə saxlanılmasını təmin etmək.
- Texniki Şöbənin otaqlarının təmizliyinə nəzarət etmək.
- İclaslara qatılmaq və iclaslarda müzakirə olunan mövzular haqqında işçilərə məlumat vermək (lazım olduqda).
- Bütün ləvazimatların düzgün istifadə edilib-edilməməsinə və periodik baxımlarının edilib-edilməməsinə nəzarət etmək.
- Gündəlik və ya həftəlik olaraq əmlak sənəd təftişi aparmaq.
- Bütün lazımi yerlərdə təhlükəsizlik qaydalar

ına əməl olunub-olunmamasına nəzarət etmək.
- Həftəlik, aylıq, illik inventar planının hazırlanması.
- İşçilərə inventarın hazırlanması, sifarişin verilməsi, baxım və təmirlər haqqında təlimlərin verilməsi.
- Otel meneceri, digər Şöbələrin Meneceri ilə təftiş hesabatları və təmir-baxım hesabatları haqqında müzakirələr aparmaq.
- Otel Meneceri və Şöbə Menecerlərinin sorğularını vaxtında cavablamaq.
- Xərcləri minimuma endirərək maksimum effektiv xidmət göstərmək.
- Keyfiyyətli xidmət, büdcə planlaması, qısa və uzun zamanlı planlar haqqında məlumatlı olmaq və işləri bunlara görə planlamaq.
- Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi.
- Otelin hazırladığı standart əməliyyat prosedurlarına əməl etmək.
 
 
Tələblər:
 
-  Müvafiq sahədə 5+ il təcrübə
-  Komandada işləmə bacarığı
-  Müvafiq təmir/tikinti mallarının spesifikasiyaları biliyi
-  Elektrik / Mexanik işləri üzrə standartları bilmək
-  Microsoft Office proqramlarından istifadə bacarığı
-  Dil bilikləri - Azərbaycan, İngilis və Rus dili
-  Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
 
Faydalar:
- Qonaqlama
- Qidalanma (işçi yeməkxanasında)
- Servis xidməti
- Korporativ nömrə
 
Maraqlanan namizədlər CVlərini [email protected] ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.
 
Son müraciət tarixi 31 mart 2024.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.