3 Aylıq Təcrübə Proqramına Qəbul Açıqdır!
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələr üçün nəzərdə tutulmuş 3 aylıq Təcrübə Proqramını elan edir!
Əgər sən də özünü inkişaf etdirmək, yeni mühitə daxil olmaq və real təcrübə qazanmaq istəyirsənsə — bu fürsəti qaçırma!
Proqramın məqsədi:
Tələbələrin bilik və bacarıqlarını artırmaq, onların ictimai fəaliyyətdə daha aktiv iştirakını təmin etmək və inkişaf imkanları yaratmaqdır.
Bu proqram sənə nə qazandıracaq?
Tələbələrlə iş sahəsində praktiki təcrübə
İri və kütləvi layihələrdə iştirak imkanı
Tədbir və fəaliyyətlərin təşkilində real rol
Yeni insanlarla tanışlıq və geniş network
Sosial və şəxsi inkişaf fürsəti
Qeyd:
Proqram ödənişsizdir və sonda iştirakçılar sertifikatla təltif olunacaq
Seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaq
Son müraciət tarixi: 24 Aprel, saat 23:59