Yerli oyun studiyalarının diqqətinə: Qlobal səhnəyə çıxmağa hazırsınız?

 

Agentliyimiz və Xsollanın tərəfdaşlığı ilə Azərbaycan oyun studiyaları üçün Polşanın Krakov şəhərində keçiriləcək nüfuzlu "Digital Dragons 2026" tədbirinə açıq çağırış elan edirik!

 

Seçiləcək 4 yerli studiya 17-19 may tarixlərində qlobal oyun sənayesinin aparıcı nümayəndələri, nəşriyyatçıları və investorları ilə birbaşa əlaqə qurmaq fürsəti əldə edəcək.

 

Qalib studiyalar nələr əldə edəcək?

 Bakı — Polşa istiqamətində gediş-gəliş aviabiletləri və transfer

Hər studiyanın 2 nümayəndəsi üçün 3 gecəlik ödənişli yerləşmə

 Sərgiyə 2 giriş bileti və B2B görüş sisteminə çıxış imkanı

 Oyun layihənizin qlobal təqdimatı üzrə peşəkar mentorluq dəstəyi

 

Oyununuzu dünya arenasında tanıtmaq, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq miqyasda inkişaf etmək şansını qaçırmayın!

 

 Müraciət üçün son tarix: 15 aprel, saat 23:59

 

 Ətraflı məlumat və qeydiyyat üçün link: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.