Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamenti ilə birgə 28-30 sentyabr 2022-ci il tarixlərdə gənclər işçiləri və təlimçiləri üçün təlim keçirəcək.

Məqsəd beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda gənclərlə iş sahəsində çalışan təlimçilər şəbəkəsinin təkmilləşdirilməsi, qeyri-formal təhsilin keyfiyyətli inkişafına dəstəyin göstərilməsidir.

Təlim seminarda iştirak etmək istəyənlər 15 senytabr 2022-ci il, saat 18.00-a qədər onlayn ərizə ilə müraciət etməli, eyni zamanda CV və müvafiq sertifikatı/sertifikatları (təlimlərdə iştiraka dair) [email protected] elektron poçt ünvanına göndərməlidir.

Müraciət linki: https://bit.ly/3B28rnq

Əlaqələndirici şəxs: Zülfiyyə Mustafayeva – Gənclərlə iş şöbəsinin məsləhətçisi

+99412 465-21-55

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.