Universal Şirkətlər Qrupu 

İş yeri: Bakı şəhəri, Hyatt Tower 3

Vakansiya: Satınalma üzrə mütəxəssis

 

Vakansiyanın təsviri

 

•           Satıcı / subpodratçı / tədarükçülərin qısa siyahılarının hazırlanması;

•           Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;

•           Tədarükçülərin və bazarların təhlilinin aparılması;

•           Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;

•           Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;

•           Məhsulların vaxtında çatdırılmasını və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;

•           Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təkliflərin təsdiqi üçün Satınalma Direktoruna göndərilməsi;

•           Müştəri tərəfindən təsdiq edilmiş PO-ların yenidən yoxlanması, dəyişikliklər olduğu halda Satış nümayəndəsinə xəbər verilməsi və tələbin icrasının həyata keçirilməsi;

•           Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;

•           Qaimə-fakturanın və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;

•           Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;

•           Sorğu icra olunandan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.

 

Xüsusi tələblər:

  • İqtisadi və ya texniki sahədə təhsil
  • 1-2 xarici dil biliyi
  • İnternet araşdırmaları səlisliyi
  • Daxili bazar biliyi
  • ERP sistemlərindən istifadə biliyi
  • CİPS sertfikatlaşma
  • Satınalma və Logistika təlimləri

CV-nizi  [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satınalma üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.