Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "İşgüzar söhbətlər" layihəsi çərçivəsində "Data Science’da karyera" adlı ödənişsiz vebinar keçiriləcək.

 

"Data Science" sahəsi, müasir dövrdə karyera imkanları baxımından son dərəcə cazibədar bir sahədir. Bu vebinarda, "Data Science" üzrə karyera qurmağın yollarını, lazım olan bacarıqları, müvafiq resursları və praktiki tövsiyələri öyrənəcəksiniz.

 Spiker qismində Data Science Academy və QSS Analytics LLC-nin təsisçisi Etibar Hüseynli iştirak edəcək. O, Data elmləri sahəsində geniş təcrübəyə malikdir, 300-dən çox mütəxəssisə təlim və konsultasiya verib, R, Python və Tableau kimi proqramlaşdırma dillərində müxtəlif layihələr icra edib.

Vebinar kimlər üçün uyğundur?

 "Data Science" sahəsinə yeni başlayanlar

 Karyerasını dəyişdirmək istəyənlər

 Gənclər, tələbələr məzunlar və s.

 Məkan: Zoom

 Tarix: 30 Sentyabr

 Saat: 19:00

Qeydiyyat üçün: Data Scienceda karyera

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.