A+CO OJSC “ Planlama üzrə təcrübəçi ” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

• İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatları analiz etmək, dövri olaraq məlumatları yeniləmək;
• İstehsalın gündəlik olaraq izlənməsi, verilən planların yerinə yetirilməsinə nəzarət etmək;
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələbin planlaşdırmasını həyata keçirmək və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsini təmin etmək;
• Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək;
• Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət etmək;
• İstehsal vəziyyətini, xammal xərclərini, həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək;
• Bir başa rəhbərinə günl

ük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim etmək.

Tələblər:

• Ali təhsil ( Maliyyə, İqtisadiyyat, Sənayə); 
• İstehsalat və ya qida sahəsində məlumatlı olması arzuolunandır; 
• Microsoft Office proqramlarını bilməli; 
• İşində məsuliyyətli, dəqiqlik;
• Komanda ilə işləmə bacarığı.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
• Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur;
• Ödənişli (Maaşlı) təcrübə proqramı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.