Universal Şirkətlər Qrupu 

İş yeri: Bakı şəhəri, Hyatt Tower 3

Vakansiya: Təlim və inkişaf üzrə koordinator

Vəzifə öhdəlikləri:

- Şirkətin illik təlim ehtiyaclarını müəyyənləşdirmək;

- Şirkətin təlim və inkişaf ehtiyacı analizinin təşkili və ehtiyaclara əsasən illik təlim planının  tərtib edilməsi

- Kompetensiyaların digər inkişaf metodlarının tədbiqi

- Təlim şirkətləri ilə əməkdaşlıq etməklə təlimlərin keçirilməsinin təşkil edilməsi

- Daxili təlimçilərin müəyyən edilməsi, qiymətləndirilməsi, davamlı inkişafı, daxili təlim materiallarının yoxlanması, təlimlərin effektivliyinin ölçülməsi

- Təlimlərin təşkili və effektivliyin qiymətləndirilməsi

- Statistik məlumatların tərtib edilməsi

- İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və uyğun olaraq təlimlərin təşkil edilməsi

- İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi

- Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq.

- Davamçılarla iş üzrə fərdi inkişaf planlarının tərtibi və icrası

- Şirkət daxilində performans İdarəetmə və fəaliyyətin qiymətləndirilməsi prosesini həyata keçirmək

Tələblər:

- Təhsil: Ali təhsil;

- Təlim və İnkişaf, Təşkilati İnkişaf və Performans İdarəetmə Proseslərində minumum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazışma və ünsiyyət qurma bacarığı 
- MS Office programlarını mükəmməl bilməli;
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
- Güclü təşkilati bacarıqlara malik olmalı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı

CV-nizi  [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təlim və inkişaf üzrə koordinator” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.