Oktyabrın 13-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıq fəaliyyətinin əsasları proqramı" və "Praktiki biznes planlaşdırma" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Təlimdə Bakı KOBİM-in eksperti Elşad Şiriyev aşağıdakı mövzulardan danışacaq:

- Biznes plan anlayışı və ümumi strukturu;
- Biznes ideyanın yaranması;
- Biznes planın xülasəsi - Sahibkarlıq subyekti haqqında qısa məluma

t;
- Təşkilatı planın hazırlanması;
- Bazarın araşdırılması;
- Maliyyə planının hazırlanması və analizi;
- Layihə risklərinin qiymətləndirilməsi.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.