Oktyabrın 12-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kiçik bizneslərdə maliyyənin idarə edilməsinin əsas prinsipləri" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Bakı KOBİM-in təlimçi-eksperti Cavanşir Cəbrayılzadə aşağıdakı mövzulardan danışacaq:

- Maliyyə nədir;
- Əsas maliyyə anlayışları;<

br>- Vəsaitlərin formalaşma mənbələri;
- Maliyyə riskləri.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.