“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində IOS developer vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- Mobil tətbiq sahəsində ən azı 2 il iş təcrübəsi;
- IOS SDK platformaları və Swift proqramlaşdırma dili biliyi;
- RESTful API, JSON və HTTP alətləri ilə çalışmaq bacarığı;
- MVC, OOP prinsipləri biliyi;
- GIT,CI/CD, Autolayout ilə sərbəst çalışmaq bacarığı;
- Kodların aydın və düzgün yazılması bacarığı;
- Yeni texnologiyaların tətbiqində sərbəst çalışmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə IOS developer qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.