“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində PHP developer vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
  • İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
  • Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
  • Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
  • Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

 

  • PHP, JavaScript, HTML, CSS üzrə minimum 3 il iş təcrübəsi;
  • Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL, PLSQL);
  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Agile metodologiyası barədə məlumatlı olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə PHP developer qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.