2022-ci ilin son “KOB Fest” sərgi-satış yarmarkası 14-15 oktyabr tarixlərində Bakı Bulvarı ərazisində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sərgi-satış yarmarkasında iştiraka dəvət edir. 

 

Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

 

Bu ilin aprel ayından start götürən və ölkənin bir sıra şəhər və rayonlarında təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir.

 

Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlıq subyektləri 10 oktyabr saat 18:00-dək aşağıdakı link vasitəsilə müraciət edə bilərlər: https://bit.ly/3e900Oo 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.