Gələcəyini bu gündən qur, ABB-nin Mentorluq proqramına qoşul!
Uğurlu karyera yalnız biliklə deyil, doğru istiqamət, güclü məqsəd və təcrübəli insanların dəstəyi ilə qurulur. ABB-nin Mentorluq proqramı sənə bankın təcrübəli mütəxəssislərindən öyrənmək və gələcək karyera yolunu daha düzgün müəyyənləşdirmək imkanı yaradacaq.
Kimlər müraciət edə bilər?
• Bakı və Abşeronda təhsil alan;
• 2-ci, 3-cü və ya 4-cü kurs tələbəsi olan;
• GPA göstəricisi minimum 80 (3.00) olan gənclər.
Bəzən gələcəyi dəyişmək üçün yalnız bir doğru addım kifayətdir. Bəlkə də sənin üçün həmin addım məhz ABB-nin Mentorluq proqramına qoşulmaqdır.
Aşağıdakı linkə keçid et, potensialını kəşf et, təcrübədən öyrən və uğura gedən yolunu ABB ilə başla!
Müraciət üçün son tarix: 14.09.2026
Müraciət et