Şəhərin ritmini saxlamaq üçün sən də könüllü ol!
Kimlər müraciət edə bilər?
* Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşları;
* Yaş həddi: 17–29;
* Ünsiyyətcil, məsuliyyətli və növbəli qrafikdə çalışmağa hazır gənclər;
* İngilis və rus dili bilikləri üstünlük sayılır.
Könüllülər nə edəcək?
* Sərnişinlərə marşrut və istiqamətlər üzrə məlumat dəstəyi göstərəcək;
* Sərnişin axınının idarə olunmasına dəstək olacaq;
* Xətlərin ayrılması prosesində sərnişinlərin yeni hərəkət qaydalarına uyğunlaşmasına kömək edəcəklər.
Fəaliyyət necə təşkil olunacaq?
* Gün ərzində növbəli qrafiklə həyata keçiriləcək;
* Könüllülərin həftədə 1 gün istirahəti təmin olunacaq.
Növbə saatları:
* I növbə: 07:30–14:00
* II növbə: 14:00–20:30
Könüllüləri nə gözləyir?
* Metrodan ödənişsiz istifadə;
* Qidalanma ilə bağlı maddi təminat;
* “Apar” tətbiqi üzərindən velosipedlərdən ödənişsiz istifadə;
* Proqramın sonunda sertifikat.
Qeydiyyat üçün: hr.metro.gov.az
Son müraciət tarixi: 30 sentyabr 2026