ADRA Mütəxəssis - qrafik dizayner vakant vəzifəsinə sənəd qəbulu elan edir.

 

CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

Reklam layihələrinin tərtibi və estetik ekspertizası şöbəsi/Mütəxəssis (qrafik dizayner)

·        Açıq məkanda yayımlanan reklamların, tikilən və quraşdırılan reklam qurğularının müəyyən edilmiş texniki tələblərə və müvafiq ərazilərin estetik görünüşünə uyğunluğunu təhlil etmək, bu məqsədlə aidiyyəti ərazilərdə monitorinqlər aparmaq; 

·        Reklam daşıyıcılarının müvafiq ərazilərin və mühəndis qurğularının estetik görünüşünə, piyadaların, nəqliyyat vasitələrinin hərəkətinə və mühəndis kommunikasiyalarına təsirinin qiymətləndirilməsinin ekspertizasını həyata keçirmək; 

·        Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, hayata keçirilən islahatların mahiyyətinin sosial reklamlar vasitəsilə vətəndaşlara çatdırılması, dövlət orqan va qurumlarının keçirdiyi irimiqyaslı tədbirlərin təşkili və tərtibatı ilə əlaqədar yerləşdirilməsi nəzərdə tutulan reklam daşıyıcılarının layihələrinin müvafiq ərazilərin estetik görünüşünə, tarixi simasına və milli koloritinə uyğun hazırlanması işlərinin görülməsində iştirak etmək.

 

Namizədə tələblər:

* Ali təhsil (mədəniyyət və incəsənət, texniki və texnoloji ixtisas qrupları üzrə);

* Müvafiq sahədə 2 ildən az olmayaraq iş təcrübəsi;

* Adobe Photoshop, Adobe İllustrator, CorelDraw və ofis proqramları üzrə mükəmməl biliklər;

* Səlis Azərbaycan (İngilis və rus dili bilikləri arzuolunandır);

* Komandada işləmək bacarığı.

 

İş şəraiti:

 • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 7 C;

 • İş vaxtı: həftənin 5 günü, saat 09:00-18:00;

   İstirahət günləri: şənbə və bazar;

 • Əmək haqqı: 1350 manat (net) + mükafatlar

 

Tələblərə uyğun namizədlər mövzu yerində “Mütəxəssis (qrafik dizayner)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.