Yeni başlayanlar üçün Back-End Developer(intern)  vakansiyası

 

 

Şirkət: MicroSol

Vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi

• Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi

• Sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi və onların yaranma səbəblərini vaxtında araşdırılması

• Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanılmasının təmini

 

Tələblər:

• C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə

• Sinxron və asinxron mesajlaşma texnologiyaları üzrə biliklər

• SQL və SQL Server üzrə biliklər

• RESTful API-lərlə işləmə təcrübəsi

 

Biz sizə nə təklif edirik:

• Real layihələr üzərində işləyərək praktiki təcrübə qazanmaq imkanı

• ERP və CRM sistemlərinin hazırlanması prosesində iştirak

• Yerli və beynəlxalq layihələrdə iş təcrübəsi

• Böyük məlumat bazaları və real biznes prosesləri ilə işləmə imkanı

• Təcrübəli komanda ilə inkişaf mühiti

• Uğurlu nəticə göstərən namizədlər üçün şirkətdə işlə təmin olunma imkanı

 

Təcrübə müddəti: 3 ay

İş qrafiki: 5 iş günü (saat 10:00 - 17:00)

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini başlıq sətrində vakansiyanın adını (Back-End Developer (intern)) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməsi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.