Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Baş Katibin köməkçisi vakansiyasını elan edir.
Əsas vəzifə öhdəlikləri:
* Baş Katibin gündəlik iş qrafikinin, görüş və təqviminin idarə olunması, prioritetlərin müəyyənləşdirilməsi və daxil olan sorğuların koordinasiyası
* Görüşlərin, danışıqların və rəsmi tədbirlərin təşkili, materialların hazırlanması, qeydlərin aparılması və “follow-up” prosesinə nəzarət
* Rəsmi məktubların, təqdimatların, hesabatların və digər sənədlərin hazırlanması və redaktəsi
* Ezamiyyətlərin, işgüzar səfərlərin və beynəlxalq tədbirlərdə iştirakın koordinasiyası
* Verilmiş tapşırıqların icrasına nəzarət və hesabatların vaxtında təqdim edilməsinin təmini
* Konfidensial məlumatlarla etik qaydada işlənilməsi
Vəzifə tələbləri:
Təhsil:
* Ali təhsil
* Əlavə kvalifikasiya arzu olunandır.
Dil bilikləri:
* Azərbaycan dili - mükəmməl səviyyədə
* İngilis dili - yaxşı səviyyədə
İş təcrübəsi:
* İcraçı köməkçi və ya rəhbərlə birbaşa işləmə sahəsində təcrübə üstünlük verilir
Kompetensiyalar:
* təşkilatçılıq və vaxtın idarəetməsi bacarığı - yaxşı səviyyədə
* məsuliyyətlilik - yaxşı səviyyədə
•yazılı və şifahi kommunikasiya - yaxşı səviyyədə
Texniki bacarıqlar:
* MS Office proqramları
* Teams, Zoom və s.
Maraqlanan namizədlər CV-lərini “Personal Assistant” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.