Avrora MMC “Proqram Təminatı üzrə kiçik mütəxəssis (Frontend)” vakansiyasını elan edir! 

 

Əsas vəzifə öhdəlikləri:

·     Verilən tapşırıqlara əsasən frontend hissələrin hazırlanması;

·     HTML, CSS və JavaScript istifadə edərək istifadəçi interfeyslərinin yaradılması;

·     Mövcud frontend səhifələrində dəyişiklik və düzəlişlərin edilməsi;

·     Backend API-lərindən gələn məlumatların frontend-də düzgün göstərilməsi;

·     Mobil və desktop görünüşlər üçün responsive dizayn prinsiplərinə əməl edilməsi;

·     Kodların oxunaqlı, səliqəli və qəbul olunmuş standartlara uyğun yazılması;

·     Git və ya digər versiya idarəetmə sistemlərindən istifadə edilməsi;

·     Code review zamanı verilən qeydlərin nəzərə alınması və düzəlişlərin edilməsi;

·     Proqramda yaranan vizual və funksional xətaların araşdırılması və aradan qaldırılması;

·     Texniki sənədlərin, tapşırıq qeydlərinin və görülən işlərin qısa şəkildə qeyd olunması;

·     Komanda daxilində gündəlik və həftəlik işlərin icrası barədə məlumat verilməsi;

·    Lazım olduqda test komandası, backend developer və biznes analitiklərlə əməkdaşlıq edilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

·     RESTful API prinsipləri və HTTP status kodları haqqında məlumatlılıq;

·    Observables və əsas operatorlarla işləmək bacarığı;

·     Klasslar, inheritance (mirasalma), encapsulation və interfeyslər haqqında təməl biliklər;

·     Statik tipləmə, interfeyslər (Interfaces) və class-larla işləmək təcrübəsi;

·     Arrow functions, Promises, Async/Await və Array metodları (map, filter, reduce) haqqında biliklər;

·     Semantik kodlaşdırma, Cross-browser uyğunluğu və adaptiv dizayn (Responsive Web Design) prinsipləri, Flexbox və Grid ilə işləmək bacarığı;

·     Framework-ün əsasları: Components, Services, Modules, Dependency Injection üzrə biliklər.

 

Tələb olunan təhsil, iş təcrübəsi:

·     Təhsil: Ali təhsil;

·     Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi.

 

İş şərtlərimiz:

·     İş qrafiki: Tam iş günü (5 gün);

·     İş saatları: 09:00-18:00;

·     İş yeri: Nərimanov ray., Aşıq Molla Cümə küç. 46C.

 

Biz nə təklif edirik:

    Əmək bazarında rəqabətli əməkhaqqı;

    Peşəkar komanda mühiti;

    Nahar şirkət tərəfindən təmin olunur;

    Təlim və inkişaf imkanları.

 

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.