Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA İnfrastruktur departamenti, Mütəxəssis vəzifəsinə məsuliyyətli və peşəkar qadın namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
• Departament üzrə daxil olan və xaric olan rəsmi sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
• Texniki sənədlərin (layihə materialları, planlar, spesifikasiyalar və s.) idarə olunması;
• Müqavilə, akt, texniki tapşırıq və hesabatların hazırlanmasında iştirak;
• Müxtəlif layihələr üzrə sənəd dövriyyəsinin düzgün təşkili və izlənilməsi;
• Dövlət qurumları və podratçı təşkilatlarla rəsmi yazışmaların aparılması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Əsas tələblər:
Təhsil:
• Texniki sahə üzrə ali təhsil (tikinti, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür)
Texniki biliklər:
• MS Office proqramları (Word, Excel, Outlook) – yüksək səviyyədə bilik;
• AutoCAD proqramında işləmə bacarığı;
İş təcrübəsi:
• Sənəd dövriyyəsi və ofis işləri üzrə minimum 1-3 il iş təcrübəsi;
Dil bilikləri:
• Azərbaycan dili – sərbəst;
• İngilis dili – yaxşı səviyyə;
Əlavə bilik və bacarıqlar:
• Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
• Komanda ilə işləmə və kommunikasiya bacarıqları;
Tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.