Xaricdə Təhsil üzrə Mütəxəssis vakansiyası

 

Şirkət: Bilgin Academy Xaricdə Təhsil Mərkəzi

 

Yaş həddi: 23-30 yaş

 

Bilgin Academy komandası böyüyür! Xaricdə təhsil sahəsində karyerasını inkişaf etdirmək istəyən, motivasiyalı və öyrənməyə həvəsli gəncləri komandamıza dəvət edirik.

 

Namizədlər üçün tələblər:

• Ali təhsil (bakalavr və ya magistr bitirmiş olan şəxslər)

• MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı

• Yüksək ünsiyyət, satış və təqdimat qabiliyyəti

• Məsuliyyətli, məqsədyönlü və komandada işləmə bacarığı

• Analitik düşünmə və araşdırma qabiliyyəti

• İş təcrübəsi: xaricdə təhsil üzrə minimum 1 il

• Azərbaycan dilində səlis nitq

• Qeyd: Yalnız xanım namizədlərə üstünlük verilir

 

İş barədə məlumat:

• Tələbələrin müraciət və qəbul proseslərinin idarə olunması

• Sosial media platformalarında aktiv fəaliyyət (video çıxışlar da daxil)

• Yeni tələbə müraciətlərinin cəlb olunması,mesajların və zənglərin cavablandırılması

• Sənədləşmə işləri

 

 İş qrafiki:

• Bazar ertəsi – Cümə: 11:00 – 19:00

• Şənbə: 10:00 – 16:00

 

Maaş: Müsahibə əsasında rəsmi maaş potensiala uyğun qiymətləndiriləcək + bonus sistemi

 

Komandamızla bərabər çalışmaq istəyənlər şəkilli CV-nizi “Xaricdə Təhsil üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.