İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin(TƏBİB)Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:
  • Strategiya və layihələrin icrasına nəzarət işlərində mütəxəssislərin fəaliyyətinə metodoloji rəhbərlik göstərir;
  • TƏBİB daxilində və TƏB – də aktiv olan layihələrin reyestrini hazırlayır, yeni layihələri daxil edir;
  • Layihələrin tərtibatının tamamlanması və icrasını gedişatı ilə əlaqədar işçi qrupları ilə əməkdaşlıq edir, iclaslarda iştirak edir və düzəlişlərin vacibliyi barədə şöbə müdirinə məlumat verir;
  • Layihələrin icrası əsnasında yaranmış problemlərin həlli yolları barədə məsləhətlərini yazılı şəkildə şöbə müdirinə məlumat verir;
  • Şöbələr arasında əməkdaşlığın və səmərəliliyin artması üçün təkliflər verir, layihə planlanması və monitorinq istiqamətində təlimlərin təşkili və keçirilməsində iştirak edir;
  • Müdirin tapşırığı ilə şöbənin və strukturun strateji inkişafı ilə əlaqəli təqdimatlar hazırlayır;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, məlumatlar hazırlayır və digər vəzifələri yerinə yetirir;
  • TƏBİB – in rəsmi internet səhifəsində “Strateji layihələr” rubrikasının daim yenilənməsi və idarə edilməsi ilə məşğul olur.
Vəzifəyə dair tələblər:
  • Ali tibb təhsili;
  • İxtisası üzrə ən azı 3 il iş təcrübəsi;
  • Qanunvericilik üzrə biliklər - 26 iyun 1997-ci il tarixli 360-IQ nömrəli “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli “Tibbi sığorta haqqında” Qanun və TƏBİB – in nizamnaməsi;
  • Dil bilikləri – Azərbaycan dili sərbəst, rus dili yaxşı və ingilis dili yaxşı;
  • Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;
  • Tələb olunan sertifikatlar - İELTS,TOEFL və s.dil biliyi sertifikatları – arzuolunandır. Layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil və ya kurslarda iştirak sertifikatı – arzuolunandır. Elmi dərəcə (elmi ad) diplomu – arzuolunandır.
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 16.05.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
  • Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi” yazaraqgöndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
    [1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.