İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin(TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:
  • Strategiya və layihələrin icrasına nəzarət işlərini icra edir: iclaslarda məsul katib kimi iştirak edir, görüşlərin protokollarını və çıxarışları hazırlayır;
  • Strategiya və layihələrin icrasına nəzarət işlərini icra edir: iclaslarda məsul katib kimi iştirak edir, görüşlərin protokollarını və çıxarışları hazırlayır;
  • Layihələrin icrası əsnasında meydana gələn problemləri və gecikmələrin səbəblərini müəyyən edir, həll yolları ilə bağlı təkliflərlə təşəbbüs qaldırır;
  • Departamentlərin layihələrə məsul şəxslərinin layihə tərtib edərkən standart əməliyyat protokolları ilə təmin edir;
  • Layihələrin standart protokollara uyğun yazılmasını yoxlayır, vacib düzəlişlər haqda məlumat verir;
  • Müdirin tapşırığı ilə şöbənin və departamentin strateji inkişafı ilə əlaqəli təqdimatlar hazırlayır;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, məlumatlar hazırlayır və digər vəzifələri yerinə yetirir;
  • Şöbənin fəaliyyəti ilə bağlı əlamətdar tədbirləri TƏBİB-in sosial şəbəkələrində işıqlandırılmasında köməklik göstərir.
Vəzifəyə dair tələblər:
  • Ali tibb təhsilinə və ya əczaçılıq ixtisası üzrə ali təhsilə malik şəxslər;
  • İxtisası üzrə ən azı 1 il iş təcrübəsi;
  • Qanunvericilik üzrə biliklər - 26 iyun 1997-ci il tarixli 360-IQ nömrəli “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli “Tibbi sığorta haqqında” Qanun.və TƏBİB – in nizamnaməsi;
  • Dil bilikləri – Azərbaycan dili sərbəst, rus dili yaxşı və ingilis dili yaxşı;
  • Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər – məsuliyyətlilik, peşə və ixtisası üzrə nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;
  • Tələb olunan sertifikatlar - İELTS,TOEFL və s.dil biliyi sertifikatları – arzuolunandır. Layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil və ya kurslarda iştirak sertifikatı – arzuolunandır. Elmi dərəcə (elmi ad) diplomu – arzuolunandır.
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 16.05.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
  • Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə mütəxəssis” yazaraqgöndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
    [1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.