Anbardar köməkçisi vakansiyası

 

Tələblər:

Cins: Kişi

Yaş həddi: 20-35 yaş

Orta təhsil

Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili səlis 

Müvafiq texniki biliklər və məhsullar barədə məlumat

Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan

Komandada işləmək bacarığına malik olan

 

Öhdəliklər:

Malların (təkərlər, disklər, yağ məhsulları, akkumulyator və s.) anbarda qəbulunda, sayılmasında və yerləşdirilməsində anbardara yardım etmək.

Gündəlik daxil olan və çıxan malların hərəkətində iştirak etmək.

Məhsulların markalanması, etiketlənməsi və düzgün yerləşdirilməsi prosesində iştirak etmək.

Malların daşınması və yüklənməsi zamanı fiziki kömək göstərmək.

Anbarda təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.

Anbardarın tapşırığı ilə stok sayımı və inventarizasiya proseslərində iştirak etmək.

İşdə istifadə olunan inventar, alət və texnikanın (araba, qaldırıcı, skaner və s.) düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.

Malların zədələnməsi, itməsi və ya uyğunsuzluq halları barədə dərhal anbardara məlumat vermək.

 

İş şəraiti:

İş saatı : 09:00-18:00 və 12:00-21:00 (növbəli)

Nahar şirkət tərəfindən qarşılanır;

İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi

İş yeri: Babək pr., M.H.Kazımov küç., 8

Əmək haqqı: 500 AZN

Şirkət: Radius Təkər Mərkəzi

 

"Müraciət qaydası: 

Maraqlanan namizədlər CV-ni “Anbardar köməkçisi"" mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər."

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.