“Beynəlxalq münasibətlər” ixtisası üzrə vakansiya

 

Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Beynəlxalq münasibətlər nəzəriyyələri”, “Beynəlxalq təhlükəsizlik”, “Beynəlxalq siyasi iqtisad”, “Xarici siyasət təhlili”, “Siyasi fikir tarixi”, “Cənubi Qafqaz: münasibətləri və regional geosiyasət”, “Sosial elmlərdə tədqiqat metodları” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir.

İşin təsviri:

• Dərs yükünə uyğun fənlərin tədrisi;

• Fənn sillabuslarının hazırlanması;

• Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;

• Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;

• Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;

• Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Tələblər:

• Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura təhsili və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);

• Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);

• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;

• İngilis dili üzrə minimum C1 səviyyəsi;

• Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;

• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;

• Yüksək kommunikasiya bacarığı;

• Liderlik və idarəetmə bacarıqları.

Qeyd: Bütün fənlər ingilis dilində tədris olunacaq.

Tələb olunan sənədlər:

1. CV (ingilis dilində);

2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;

3. Dərc olunmuş elmiməqalələrin siyahısı(əgərvarsa);

4. Motivasiya məktubu (maksimum 500 söz).

 

Təklif etdiyimiz üstünlüklər:

 Rəqabətədavamlı əməkhaqqı

 Elmi-tədqiqat mühiti

 Xankəndidə mənzillə təminat

 Akademik inkişaf imkanları

 Ekoloji təmiz və yaşıl şəhər

 

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Beynəlxalq münasibətlər

nəzəriyyələri istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.

Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 4 aprel

Elektron poçt ünvanı: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.