Anbardar

Sağlam Ailə tibb mərkəzi "Anbardar"vakansiyası elan edir: Vakant vəzifə haqqında:
  • Mal və materialları qəbul edir;
  • Malın anbarda standartlara uyğun yığım və düzülüş qaydalarına əsasən yerləşdirir;
  • Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric səndələrinin təhvil qaydalarına riayət edir;
  • Anbarın hesabatının aparılmasında iştirak edir;
  • Anbardakı malların dövriyyəsini analiz edir;
  • Anbarda keçirilən sayımlarda və auditdə iştirak edir;
  • Məsuliyyətində olan anbarların təmiz, səliqəli və nizamlı olmasına nəzarət edir;
  • Anbarda olan malların istifadə müddətinə nəzarət edir və müddəti bitən malları müvafiq təlimatlara uyğun “Utilizasiya akt”ını dolduraraq çıxışını həyata keçirir;
Namizədə olan tələblər:
  • Ali və ya orta texniki təhsil;
  • Tibb sahəsində anbardar kimi iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dili;
  • MS Office bilikləri;
  • Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.
​​​​​İş şəraiti:
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş günü: 6 gün
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq“Anbardar”qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.