Mal material üzrə mühasib

Sağlam Ailə tibb mərkəzi Mal-material üzrə mühasibvakansiyası elan edir: Vakant vəzifə haqqında:
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda ERP proqramında əks etdirilməsini təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunmasını və təqdim edilməsini təmin etmək;
  • Mal-material qiymətlərinin və əsas vəsaitlərin mütəmadi inventarizasiya işlərini aparmaq üçün təşkil edilmiş inventarizasiya komissiyasına Mal-material qiymətlərinin və əsas vəsaitlərin siyahısını özündə əks etdirən uçot cədvəllərini təqdim etmək;
  • Material anbarı və maddi məsul şəxslərin anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və sistemə işlənilməsinin icra edilməsi;
  • Cari ay başa çatdıqdan sonra anbar və maddi məsul şəxslərin material hesabatlarının qəbul edilməsi və ERP proqramına işlənilməsini təmin etmək;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
Namizədə olan tələblər:
  • Ali iqtisadi təhsil;
  • Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi;
  • MS Office və 1C proqramlarından istifadə etmək bacarığı;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı.
​​​​​İş şəraiti:
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş günü: 6 gün
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq“Mal-material üzrə mühasib”qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.