PMD Projects MMC " Aparıcı elektrik mühəndisi " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: - Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; - Layihələndirmədə elektrik sistemlərinin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; - Layihələndirmədə elektrik sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin,şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; - Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütüntərəflərlə sıx əməkdaşlıq etmək; - Layihənin tender prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiqtexniki rəy vermək; - İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində işti
rak etmək; - Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək; - Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək. Tələblər: - Ali təhsil: "Elektrik mühəndisi" ixtisası üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; - Kompüter bacarıqları: MS Office, AutoCAD; - Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA; Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.