Azərikard "Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri" vəzifəsi üzrə vakansiya elan edir: İşin təsviri: - Şirkətin risk və keyfiyyətə nəzarət siyasətinin müəyyən edilməsini təmin etmək; - Mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi üçün nəzarət mexanizminin hazırlanması və tətbiqi; - Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması; - Risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi; - Risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi; - Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət; - Keyfiyyətə nəzarət proseduralarının tətbiq ed
ilməsi; - İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması; - Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası. Tələblər: - Ali təhsil; - Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi; - Azərbaycan, Rus və İngilis dillərini bilməsi; - Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı; - MC Office proqramları. Namizədlərdən CV-ni “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri” mövzusu ilə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.