Mercure Baku City Hotel komandamıza Aparıcı Mühasib axtarırıq!

 

Vəzifə öhdəlikləri:

• Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi

• Vergi planlaşdırılması və vergi risklərinin idarə olunması

• Mühasibat uçotunun və maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət

• Hesab-fakturaların və e-qaimələrin düzgün və vaxtında hazırlanması

• Debitor və kreditor hesablaşmalarına nəzarət

• Mühasibat sənədlərinin düzgün tərtibi və arxivləşdirilməsi

• Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

 

 Tələblər:

• Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil

• Aparıcı mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi

• 1C, Günəş, Opera (Micros) və Microsoft Office proqramları ilə işləmək bacarığı

• e-gov.az, e-taxes.gov.az və digər elektron dövlət portalları ilə işləmək bacarığı

• Vergi və əmək qanunvericiliyi üzrə biliklər

• İdarəetmə və analitik düşünmə bacarıqları

• Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini orta səviyyədə bilmək

 

 Təklif edirik:

• Rəsmi əmək müqaviləsi

• Peşəkar və dinamik kollektiv

• Karyera inkişafı imkanları

• Nahar təminatı

 

Müraciət üçün:

CV-nizi [email protected] ünvanına, mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərməyinizi xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.