Komandamıza Korporativ Satış üzrə Menecer axtarırıq!

 

Əsas vəzifələr:

· Potensial və mövcud müştərilərlə görüşlər keçirmək, təqdimatlar təşkil etmək və kommersiya təklifləri hazırlamaq;

· Müştəri ehtiyaclarını müəyyən etmək, uyğun həllər təqdim etmək və satış prosesini tam idarə etmək;

· Müqavilələr hazırlamaq, danışıqlar aparmaq və satışları uğurla bağlamaq;

· Satış planını icra etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;

· Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;

· Marketinq və digər şöbələrlə sıx əməkdaşlıq etmək, satış strategiyasını həyata keçirmək;

· Şirkəti yerli və beynəlxalq tədbirlərdə təmsil etmək və korporativ əlaqələri genişləndirmək.

 

Tələblər:

· Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;

· Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazılı kommunikasiya bacarığı;

· Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;

· Müştəri yönümlü, nəticəyönümlü və analitik düşüncə tərzi;

· MS Office proqramlarında sərbəst işləmək bacarığı;

· Yüksək ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

 

Biz təklif edirik:

· Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;

· İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;

· Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və digər üstünlüklər;

· Peşəkar və dinamik iş mühiti.

 

Karyeranızda yeni addım atmağa hazırsınızsa, CV-nizi "Korporativ Satış Meneceri" qeyd etməklə [email protected] ünvanına göndərin. Sizi komandamızda görməkdən məmnun olarıq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.