ASAN AI Hub üçün Layihə Meneceri axtarırıq

 

Departament: ASAN AI Hub

Yer: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat

 

Vəzifə haqqında

ASAN AI Hub innovasiya yönümlü və süni intellekt sahəsində həyata keçirilən layihələrin planlaşdırılması və icrasında dəstək göstərəcək Layihə Meneceri axtarır. Bu vəzifə Hub-ın layihələrinin effektiv və vaxtında icra olunması üçün vacib rol oynayır.

 

Layihə meneceri Baş layihə meneceri və departament rəhbərliyi ilə sıx işləyəcək, tərəfdaşlarla koordinasiyanı təmin edəcək, məlumatların toplanmasında və tədbirlərin təşkilində iştirak edəcək.

 

Əsas vəzifə öhdəlikləri

• ASAN AI Hub-ın cari layihələri üzrə icra planlarının hazırlanması və yenilənməsi prosesində Baş layihə menecerinə dəstək vermək.

• Layihələr üzrə iş qrafiklərinin, təqvimlərinin və tapşırıqların vaxtında icrasına nəzarət etmək.

• Tərəfdaşlarla yazışmalar aparmaq, ilkin məlumatları toplamaq və koordinasiyanı təmin etmək.

• Təlimlər, seminarlar, görüşlər və tədbirlər zamanı təşkilati dəstək göstərmək.

• Layihə üzrə hesabatların ilkin hazırlanması, məlumatların toplanması və təhlilində iştirak etmək.

• Startaplar, universitetlər və digər tərəfdaşlarla müntəzəm əlaqə saxlayaraq layihələrin effektiv icrasını təmin etmək.

• Layihələrin vaxtında və büdcəyə uyğun tamamlanmasına dəstək vermək.

• Baş layihə meneceri və departament rəhbərliyi tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

• Sənaye və akademik sektor arasında “matchmaking” mexanizmlərinin tətbiqinə və ortaq layihələrin təşviqinə dəstək göstərmək.

 

Namizədə tələblər

• Ali təhsil (texniki, idarəetmə, İT və ya innovasiya sahələri).

• Layihələrin idarə olunması üzrə ən azı 1–2 illik təcrübə.

• Rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrinə maraq və ümumi biliklər.

• Layihələrin planlaşdırılması, resursların koordinasiyası və tapşırıqların icrası bacarığı.

• Təşkilatçılıq, vaxtın idarə olunması və detala diqqət bacarığı.

• Komandada işləmək və müxtəlif tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı.

• Analitik düşüncə, yazılı ünsiyyət və təqdimat bacarıqları.

• Azərbaycan dilində yüksək səviyyədə, İngilis dilində orta/yaxşı səviyyədə ünsiyyət bacarığı; rus dili arzuolunandır.

• Agile, Scrum və digər layihə idarəetməsi metodologiyaları üzrə biliklər üstünlükdür.

 

Təklif etdiklərimiz

• Dinamik və peşəkar iş mühiti.

• Startaplar, universitetlər, dövlət və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanı.

• Peşəkar inkişaf üçün geniş imkanlar.

 

Müraciət qaydası

CV və qısa motivasiya məktubunuzu [email protected] ünvanına “Layihə Meneceri – ASAN AI Hub” başlığı ilə göndərin.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.