Vakansiya: Kreditlərin Təhlili departamentinə Kiçik mütəxəssis/Mütəxəssis vəzifələrinə işə dəvət
Vəzifəyə olan tələblər:
-Ali iqtisadi təhsil;
-3 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
-İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
-Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
-Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
-ACCA F3 (FA) sertifikatının olması, ACCA F7 (FR) arzu olunandır.
-Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
-Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
-Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq arzu olunandır.
Əsas vəzifələr:
-Korporativ müştərilər üzrə geniş təhlil hesabatının hazırlanması;
-Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması;
-Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.