Bir səslə ürəklərə toxun: AVAZ GƏNCLƏRİN XOR DÜŞƏRGƏSİ başlayır! 

 

Sən də musiqinin birləşdirici gücünü hiss etməyə, səsini yeni səslərlə birləşdirməyə və unudulmaz bir xor macərası yaşamağa hazırsansa, bu düşərgə məhz sənin üçündür! 

 

Əgər sən:

 Xor musiqisinin sehrli dünyasına daha yaxından daxil olmaq;

 Səsini inkişaf etdirmək və birlikdə oxumağın gücünü hiss etmək;

 Yeni musiqi nümunələri, fərqli repertuarlar və yaradıcı yanaşmalar kəşf etmək;

 Musiqi və yaradıcılıqla dolu interaktiv təlimlərdə və ustad dərslərində iştirak etmək;

 Səhnə, sənət və musiqi ilə bağlı yeni təcrübələr qazanmaq;

 Eyni ritmi və eyni sevgini paylaşan yeni insanlarla tanış olmaq;

 Və ən əsası, musiqi ilə dolu unudulmaz yay xatirələri yaratmaq istəyirsənsə, AVAZ-da səni gözləyirik!

 

 Burada peşəkar musiqiçi olmağın vacib deyil, musiqiyə olan həvəsin, enerjin və birlikdə oxumaq istəyin varsa, bizə qoşul! 

Reklam

 

 5-9 avqust 2026-cı il

 Şəki Olimpiya İdman Kompleksi

 

 Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı İctimai Xoru tərəfindən həyata keçirilir.

 

 Qeydiyyat linki: https://forms.gle/8BYdCpvtCKoVk8iZ8

 Son müraciət tarixi: 26 iyul 2026-cı il, saat 18:00

 

16-26 yaşlı gənclər düşərgədə iştirak edə bilərlər.

 Seçildiyiniz təqdirdə müsahibə mərhələsinə dəvət olunacaqsınız.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.