Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsi aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri
● Təhsil sahəsində keyfiyyət və kəmiyyət əsaslı tədqiqatların aparılması;
● Yerli və beynəlxalq elmi mənbələrin, hesabatların və təhsil təcrübələrinin araşdırılması, təhlil edilməsi və hesabatların hazırlanması;
● Təhsil siyasətlərinin, konseptual sənədlərin, strategiyaların və fəaliyyət planlarının hazırlanması prosesində işçi qrupunun üzvü kimi iştirak;
● Yerli və beynəlxalq layihələrin, proqramların və tapşırıqların planlaşdırılması və həyata keçirilməsinə dəstək göstərilməsi;
● Təhsil sahəsində innovativ yanaşmaların və beynəlxalq təcrübələrin öyrənilməsi;
● Seminarların, görüşlərin, müzakirələrin və digər peşəkar tədbirlərin təşkilinə dəstək göstərilməsi;
● Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqların yerinə yetirilməsi.
Minimum tələblər:
● Təhsil sahəsində iki ildən artıq iş təcrübəsi;
● İngilis dili üzrə minimum C1 (CEFR) səviyyəsi;
● Təhsil, pedaqogika, təhsilin idarə olunması, sosial elmlər, statistika və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;
● Təhsil sahəsində tədqiqat aparmaq və elmi mənbələrlə işləmək bacarığı;
● Tədqiqat metodologiyası, məlumatların toplanması və təhlili ilə bağlı bilik və bacarıqlar;
● Azərbaycan dilində aydın, düzgün, strukturlu və analitik yazı bacarığı;
● İngilis dilində ünsiyyət, elmi və peşəkar mənbələri oxumaq, anlamaq və işləmək bacarığı;
● Hesabat, analitik arayış, təqdimat və digər peşəkar sənədləri hazırlamaq bacarığı;
● Microsoft Office proqramlarından sərbəst istifadə;
● Komandada işləmək, tapşırıqları planlaşdırmaq və müəyyən edilmiş müddətə riayət etmək bacarığı;
● Məsuliyyətlilik, dəqiqlik, təşəbbüskarlıq və yüksək təşkilatçılıq qabiliyyəti.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini 10 avqust 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu sətrində “Təhsildə innovasiyalar şöbəsi – aparıcı mütəxəssis” yazılmalıdır.


