MixPro Edu komandası genişlənir!

 

Avropa ölkələri üzrə Təhsil Mütəxəssisi vakansiyası elan edirik.

 

Əgər siz Avropada təhsil sahəsində təcrübəyə, güclü kommunikasiya və satış bacarıqlarına maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

 

 Vəzifə öhdəlikləri:

* Tələbələrə Avropada təhsil imkanları barədə peşəkar məsləhət vermək

* Universitet və ixtisas seçimində düzgün istiqamətləndirmə aparmaq

* Qəbul prosesi və sənəd hazırlığını idarə etmək

* Viza prosedurları üzrə dəstək göstərmək

* Universitetlərlə yazışmaları və müraciət prosesini koordinasiya etmək

* Təhsil sərgiləri, seminarlar və təqdimatlarda iştirak etmək

* Tələbələrlə davamlı kommunikasiya və follow-up aparmaq

 

 Namizəddən gözləntilər:

* Ali təhsil

* Avropada təhsil sahəsində minimum 1 il təcrübə

* Avropa təhsil sistemləri barədə bilik

* Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət

* Rus dili biliyi üstünlükdür

* Güclü təqdimat və satış bacarığı

* Məsuliyyətli və nəticəyönümlü yanaşma

* MS Office proqramları ilə işləmə bacarığı

 

 Təklif edirik:

* Əmək haqqı: 800–1000 AZN (namizədin bilik və bacarıqlarına əsasən) + bonus sistemi

* Rahat və dinamik iş mühiti

* Təlim və inkişaf imkanları

 

 İş qrafiki:

Tam ştat / 6 günlük iş rejimi

Ünvan:

Əhməd Rəcəbli, Aynalı Plaza

 Müraciət:

CV-lərinizi “Avropa təhsil mütəxəssisi” başlığı ilə [email protected]  ünvanına göndərə bilərsiniz.

 

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.