"Layihələrin idarəedilməsi üzrə təcrübəçi" vakansiyası
Vəzifə öhdəlikləri:
• Layihədə iştirak edən komandanın vəzifələrini effektiv şəkildə yönləndirmək,
verilən tasklara nəzarət etmək;
• Layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması
• Texniki tapşırıqların yazılmasında iştirak;
• Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq sualların yönləndirilməsi;
• İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
• Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
• Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün
məlumatların arxivlənməsi.
Namizəd üçün arzu olunan tələblər:
• İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
• IT sahəsində təhsil arzu olunandır;
• Kompüter bacarıqları: MS Office, Layihə üçün əməkdaşlıq alətləri (məsələn: Trello,Jira);
İş rejimi:
- ofis daxili;
- həftənin 5 günü (09:00 – 18:00).
Müraciət etmək istəyən namizədlərin CV-lərini [email protected] email ünvanına, mövzu adı yerində “Project Management Intern” qeyd edərək göndərməyi vacibdir.