AZCON Holding vətəndaş qəbulu üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

 Əsas tələblər:

• Ali təhsil (hüquq, idarəetmə, psixologiya və oxşar sahələr üzrə təhsil üstünlükdür);

• “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və vətəndaş müraciətlərinə baxılması ilə bağlı digər normativ hüquqi aktlar üzrə yüksək səviyyədə biliklər;

• “MS Office” proqramları, Elektron Sənəd Dövriyyəsi sistemlərindən istifadə bacarığı;

• Stresə davamlılıq, operativlik və məsuliyyətlilik;

• Yüksək səviyyədə ünsiyyət, dinləmə və təqdimat bacarıqları;

• Azərbaycan dili (mükəmməl səviyyədə), əlavə dil bilikləri üstünlükdür;

• Etik davranış, məxfilik prinsipinə riayət və komandada işləmə bacarığı.

 

 Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Vətəndaş qəbulu üzrə mütəxəssis” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

️ Son müraciət tarixi: 30 sentyabr 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.