VAKANSİYA: Marketinq meneceri – Libra Kitab
İş yeri: Bakı, Azərbaycan
Şirkət: Libra Kitab – Uşaq kitabları nəşriyyatı
Vəzifə öhdəlikləri:
Şirkətin marketinq strategiyasını hazırlamaq və icra etmək
Sosial media hesablarının idarə olunması (Instagram, TikTok, Telegram və s.):
Kontent planlarının hazırlanması
Post və video mətnlərinin yazılması
Reels və digər formatlarda kreativ məzmunun hazırlanması
Məhsul videolarının çəkilişi
Müəlliflərin və brendin PR fəaliyyətlərinin planlanması və icrası
Meta Ads və digər rəqəmsal reklam platformalarında reklam kampaniyalarının idarə olunması
Saytın idarə edilməsi, SEO optimizasiyası və analitika hesabatlarının hazırlanması
Satış və izləyici artımı üçün aylıq hədəf və strategiyaların hazırlanması
Namizədə tələblər:
Marketinq, PR və ya əlaqəli sahədə təhsil
Rəqəmsal platformalar üzrə biliklər: Meta Ads, Google Ads, SEO, CRM, analitika alətləri
Influencer marketing üzrə bilik və təcrübə
Kreativ düşüncə və kontent istehsalı bacarığı
Komanda ilə işləmə və vaxtı səmərəli idarə etmə qabiliyyəti
Yüksək kommunikasiya və yazılı ünsiyyət bacarıqları
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür
İş şərtləri:
İş qrafiki: 5 gün (09:00 – 18:00)
Maaş: başlanğıc olaraq 500 AZN (təcrübə və nəticələrə görə artırıla bilər)
Dinamik, yaradıcı iş mühiti
Peşəkar inkişaf üçün təlim və sertifikasiya dəstəyi
Müraciət:
CV və portfolio-nuzu [email protected] ünvanına “Marketinq meneceri – Libra Kitab” başlığı ilə göndərin.