Azərbaycan İdman Akademiyasının

Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti

Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

 

Vəzifə öhdəlikləri:

·      Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması, təşviqi və davamlı inkişafına yönəlmiş tədbir və layihələri həyata keçirmək;

·      Akademiyanın Strateji İnkişaf Planı çərçivəsində fəaliyyətlərin sistemləşdirilməsi və təhlilini təmin etmək;

·       Yerli və beynəlxalq akkreditasiya və özünüqiymətləndirmə sənədlərinin hazırlanmasında iştirak;

·       Müxtəlif sorğuların təşkili və nəticələrini təhlil etmək;

·      Departamentin illik və yarımillik fəaliyyət hesabatlarını hazırlamaq;

·       Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;

·      Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.

 

Namizədə dair tələblər:

·       Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);

·       Keyfiyyət təminatı və ya təhsil sahəsində 1-3 il iş təcrübəsi;

·       Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;

·       Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel, məlumatların emalı bacarığı);

·       Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;

·       İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);

·       Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti;

·       Dəqiqlik, məsuliyyətlilik, operativlik;

·      Komandada iş və işgüzar kommunikasiya bacarığı;

·       Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı;

·      Monitorinq və qiymətləndirmə bacarığı.

 

İş rejimi:

Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)

Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

 

Müraciət qaydası:

Son müraciət tarixi: 30.08.2026

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.

Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.

 

___________________________________________________________________________________________________

 

Azərbaycan İdman Akademiyasının

Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti

Mütəxəssis vəzifəsinə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

·      Akademiyada tələbə, məzun, işəgötürən və digər maraqlı tərəflər arasında keçirilən sorğuların hazırlanması, təşkili və nəticələrinin statistik təhlilində iştirak etmək;

·      İnstitusional və proqram akkreditasiyası prosesləri çərçivəsində məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanmasına dəstək vermək;

·       Daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək;

·      Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişafına yönəlmiş tədbir və layihələrdə iştirak etmək;

·       Fakültə və kafedralarla əməkdaşlıq edərək keyfiyyət təminatı üzrə sənədləri hazırlamaq və yeniləmək;

·       Strateji inkişaf planı və illik fəaliyyət planı üzrə göstəricilərin monitorinqinə dəstək vermək;

·      Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

·       Ali təhsil (magistr dərəcəsi arzuolunandır);

·       Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;

·       Keyfiyyət təminatı, akkreditasiya və ya təhsil sahəsində iş təcrübəsi;

·       Analitik düşüncə və statistik məlumatların təhlili bacarığı;

·       Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel; məlumatların emalı bacarığı);

·       Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;

·       İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

·       Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları;

·       Dəqiqlik, məsuliyyətlilik, operativlik və detallara diqqət;

·      Komandada iş və işgüzar kommunikasiya bacarığı;

·       Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı.

 

İş rejimi:

Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)

Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

 

Müraciət qaydası:

Reklam

Son müraciət tarixi: 30.08.2026

 

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.

Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.

__________________________________________________________________________________________________________

Azərbaycan İdman Akademiyasının

Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Akademik məsləhət üzrə koordinator vəzifəsinə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

       Tyutorların fəaliyyətini koordinasiya etmək və onlara nəzarət etmək;

        Yeni qəbul olunmuş tələbələrin adaptasiya və oriyentasiya proqramlarının təşkili və həyata keçirilməsini əlaqələndirmək;

        Tələbə müraciətlərinin operativ şəkildə cavablandırılmasını və aidiyyəti struktur bölmələrə yönləndirilməsini təmin etmək;

        Akademik dəstək xidmətlərinin effektivliyinin təhlili, qiymətləndirilməsi və inkişafını təmin etmək;

        Tələbələrə akademik məsləhət istiqamətində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;

       Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

·       Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);

·       Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər üzrə biliklər;

·       Təhsil sahəsində iş təcrübəsi;

·      Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;

·       Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

·       İngilis və ya rus dili bilikləri;

·       MS Office proqramlarında sərbəst işləmək bacarığı;

·      Komandada iş və işgüzar kommunikasiya bacarığı;

·       Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları.

 

İş rejimi:

Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)

Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Müraciət qaydası:

Son müraciət tarixi: 30.08.2026

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.

Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.

_________________________________________________________________________________________________________

Azərbaycan İdman Akademiyasının

 

 

Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Tyutor vəzifəsinə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

• Tələbələrə tədris prosesi, kredit sistemi və akademik qaydalarla bağlı fərdi və qrup şəklində akademik məsləhətlər vermək və onların akademik göstəricilərini izləmək;

• Yeni qəbul olmuş tələbələrin adaptasiya və oriyentasiya prosesində iştirak etmək, onların mühitə uyğunlaşmasına dəstək göstərmək

• Tələbələrin müraciətlərini qəbul etmək, araşdırmaq və aidiyyəti üzrə yönləndirmək;

• Tələbələrin fərdi tədris planlarının doldurulmasına dəstək göstərmək, təkrar imtahanlara, təkrar dinləmə və yay semestri üzrə qeydiyyatını aparmaq;

• Tələbələrin psixoloji, sosial və akademik ehtiyaclarını müşahidə etmək, zəruri hallarda onları aidiyyəti strukturlara yönləndirmək;

• Tələbə ilə tyutor arasında səmərəli ünsiyyət və əməkdaşlığı təmin etmək, tələbələrin inkişafını mütəmadi olaraq izləmək;

  Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

·       Ali təhsil;

·       Təhsil sahəsinə aid anormativ-hüquqi sənədlər üzrə biliklər;

·       Təhsil sahəsində iş təcrübəsi;

·      Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;

·       Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

·       İngilis və ya rus dili bilikləri;

·       MS Office proqramlarında sərbəst işləmək bacarığı;

·       Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları;

·       Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

 

İş rejimi:

Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)

Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

 

Müraciət qaydası:

Son müraciət tarixi: 30.08.2026

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.

Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.