Azərbaycan Könüllülərinin zəfər soraqlı, qələbə sevincli “Zəfər 5 il” düşərgəsi ilə qarşınızdayıq!
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Nar”ın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp Volunteers” proqramı çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilmiş “Zəfər 5 il” könüllülər düşərgəsi baş tutacaq.
Düşərgənin məqsədi könüllü gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və qazanılmış Zəfərin əhəmiyyətini təbliğ etmək, dövlətçilik ənənələrini və milli dəyərləri inkişaf etdirmək, könüllülərin bu dəyərlərə bağlılığını artırmaq, həmçinin onların şəxsi inkişafına və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsini genişləndirməkdir.
Qeydiyyat linki: https://duserge.konullu.az/
Qeydiyyat üçün son tarix: 13 oktyabr 2025-ci il
Siz də qeydiyyatdan keçin, Zəfər ruhunu birlikdə yaşayaq! ✌🏻
Yaş aralığı: 18–25
Düşərgədə iştirak ödənişsizdir.
Məkan: Göygöl Olimpiya İdman Kompleksi
Tarix: 30 oktyabr - 3 noyabr 2025-ci il
Qeyd edək ki, düşərgəyə “Coca-Cola Azərbaycan” tərəfdaşlıq göstərəcək.