Bakı Ali Neft Məktəbinin nəzdində Rəqəmsal Biliklər Liseyinin loqosunun hazırlanması üzrə müsabiqə elan edilir.
Müsabiqənin şərtləri:
• Müsabiqədə bu sahədə bacarıqlı olan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər;
• Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
• Loqoda liseyin adı aşağıdakı kimi qeyd olunmalıdır:
Azərbaycan dilində: “Rəqəmsal Biliklər Liseyi”,
İngilis dilində: “The Lyceum of Digital Knowledge”
• Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
• Təqdim olunan eskizlər yeni olmalıdır;
• Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
• Loqonun mənası liseyin adı və təhsil istiqaməti ilə bütünlük təşkil etməlidir;
• Loqo digər loqoların oxşarı olmamalı, onların komponentlərinə uyğun gəlməməlidir;
• Loqo nümunələri *jpeg, *png, *pdf, *ai və ya *cdr formatında təqdim olunmalıdır;
• Rəqəmsal Biliklər Liseyinın loqo müsabiqəsinə göndərilmiş loqo eskizləri bu sahənin ekspertlərindən formalaşdırılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
• Qaliblər üçün ayrılmış mükafat fondu aşağıdakı kimidir:
I Yer – 1000 manat; II Yer – 500 manat; III Yer – 250 manat.
Eskizlərin qəbulu üçün son tarix: 30 oktyabr 2025-ci il, saat 18:00.
Hazırlanan loqo nümunələrinin [email protected] e-poçt ünvanına göndərilməlidir.
Qeyd: Rəqəmsal Biliklər Liseyi qalib gəlmiş loqonu istənilən tərzdə promo və çap məhsullarında, eləcə də sosial medya və elektron yayım vasitələrində istifadə etmək hüququnu özündə saxlayır.