Qafqazın ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC Sumqayıt şəhərində yerləşən “Azərboru” zavodunda müxtəlif istiqamətlərdə namizəd qəbulu elan edir.
Qeyd olunan vakansiyalar üzrə mövzu hissəsində müvafiq vəzifəni göstərməklə CV-nizi 010 250 41 40 “votsap” (WhatsApp) nömrəsinə göndərə bilərsiniz.
Vakansiyalar:
Fəhlə
Elektrik qaynaqçısı
Qazla kəsici
Tornaçı iç yonucu
Dəmirçi
Frezerçi
Dəzgahların operatoru
Markalayıcı
Qəlibçi
Modelçi
Poladəridən
Oksigen operatoru
Hidravlik-çilingər
Təmirçi-çilingər
Çilingər-energetik
Pnevmatika üzrə çilingər
Namizədliyiniz müraciət etdiyiniz vakansiyaya uyğun gəldiyi təqdirdə, sizinlə əlaqə saxlanacaq. Əks halda, CV-niz gələcək mümkün vakansiyalarda dəyərləndirilmək üçün namizədlər bazamıza əlavə olunacaq.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.