Yeni Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis

 

Şirkət: Novex Agro MMC

İş yeri: Qəbələ şəhəri

İş rejimi: Tam ştat

 

 Şirkət haqqında qısa məlumat:

Novex Groupa daxil olan Novex Agro MMC Azərbaycanda iri kənd təsərrüfatı şirkətlərindən biridir. Şirkət yüksək keyfiyyətli kartof yetişdirilməsi və saxlanılması istiqamətində ixtisaslaşmışdır. Ekoloji cəhətdən çox təmiz hesab edilən Qəbələ rayonunda yetişdirilən kartof məhsulları standartlara uyğun şəkildə xüsusi saxlama anbarlarında saxlanılır və xammal şəklində digər istehsalçılar il boyu bu məhsullar ilə təmin edilir. 

 

 Vəzifə öhdəlikləri

Əmək qanunvericiliyinə uyğun sənədləşmə proseslərinin icrası

Əmək müqavilələri, dəyişiklik və xitam əmrlərinin rəsmiləşdirilməsi

Şəxsi işlərin formalaşdırılması və arxivləşdirilməsi

Məzuniyyət qrafiklərinin hazırlanması və tabel uçotunun aparılması

ƏMAS və digər elektron portallarda məlumatların daxil edilməsi və yenilənməsi

Müvafiq aylıq/illik kadr hesabatlarının, statistik və analitik məlumatların hazırlanması

 

 Tələblər

Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)

Minimum 1 il HR üzrə iş təcrübəsi

Azərbaycan dili sərbəst, İngilis dili və ya Rus dili biliyi arzuolunandır

MS Office və ERP (1C) bilikləri

 

Təminatlar

Korporativ nömrə və uyğun internet paketi

Təlim və inkişaf imkanları

Nahar təminatı

 

Müraciət üçün:

CV-lərinizi “İnsan Resursları üzrə Mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.